Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirində Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədov beşinci turun oyunlarını keçiriblər.
NUHÇIXAN xəbər verir ki, A.Naydiç son turda isveçli Nils Qrandeliusla sülh bağlayıb, Rauf Məmmədov isə Rusiya idmançısı Valentina Qunina üzərində qələbə qazanıb. Beş turun nəticəsinə görə, Arkadi Naydiçin aktivində 4 xal var. Rauf Məmmədov isə 3,5 xal toplayıb.
Bu gün Rauf Məmmədov Rusiya idmançısı Danil Yuffa ilə qarşılaşacaq. Digər şahmatçımız A.Naydiçin isə istirahət günüdür.