Türkiyənin "Beşiktaş" klubu Vensan Abubakarla yollarını ayırıb.
NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kamerunlu hücumçu digər Superliqa təmsilçisi "Hatayspor"a transfer olunub.
32 yaşlı oyunçu yeni klubu ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, üç dəfə müxtəlif vaxtlarda "Beşiktaş"da çıxış edən Abubakar ümumilikdə bu komandanın heyətində 45 qola imza atıb.