“Masters” turnirinin qalibi Maqnus Karlsen olub

A- A A+

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Masters-2019”un “Masters” turniri yekunlaşıb.

NUHÇIXAN xəbər verir ki, dünya çempionu Maqnus Karlsen (Norveç) 9 xalla turniri birinci pillədə başa vurub.

Artıq 81-ci dəfə keçirilən nüfuzlu turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da iştirak ediblər. Son turda şahmatçılarımızın rəqibləri Rusiya təmsilçiləri olub. Şəhriyar Məmmədyarov Vladimir Fedoseyev, Teymur Rəcəbov isə Yan Nepomnyaşi ilə qarşılaşıb. Hər iki oyun heç-heçə qurtarıb.

Turnirin yekununda Teymur Rəcəbov 6,5, Şəhriyar Məmmədyarov 5 xal toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: