Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu İspaniyanın "Real" klubunu tarixin ən yaxşısı adlandırıb.
"Real" tarixin ən yaxşı klubudur və mən orada oynadığım üçün çox xoşbəxt idim. Klubun bütün zamanların ən yaxşı bombardiri oldum, dörd dəfə Çempionlar Liqasının qalibi olduq, bu, gözəl idi”, - K.Ronaldu vurğulayıb.
Qeyd edək ki, hücumçu 2009-2018-ci illərdə Madrid təmsilçisində çıxış edib. O, bu müddətdə 438 oyuna çıxıb, 450 qol vurub və 131 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu "Real"ın heyətində 4 dəfə Çempionlar Liqasının qalibi olub.