Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, I turda Nikaraqua ilə qarşılaşan yığmamız rəqibini 4:0 hesabı ilə üstələyib.
Ülviyyə Fətəliyeva – Mariya Qaranados 1:0
Gövhər Beydullayeva – Kristiana Martines 1:0
Xanım Balacayeva – Abigel Kabesas 1:0
Gülnar Məmmədova – Aleksandra Munyos 1:0
Qeyd edək ki, kişilərdən ibarət komandamız İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.