Milli komandalar tarixinin ən yüksək ödənişli baş məşqçisi bəlli olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Nəşr ABŞ millisi ilə ikiillik müqavilə imzalayan Maurisio Poçettinonun illik qazancının 6 milyon avro olduğunu yazıb.
Argentinalı mütəxəssis daha əvvəl İngiltərədə "Tottenhem", "Çelsi", Fransada PSJ kimi klublarda işləyib.
Xatırladaq ki, əvvəlki rekord İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeytə (5,8 milyon avro) məxsus olub.