Karate-do federasiyasında imtahan keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do federasiyasının idmançıları üçün kəmər imtahanı olub.
Muxtar respublika stadionunun idman zalında reallaşan kəmər imtahanında federasiyanın şəhər bölməsindən 50-dən çox idmançı iştirak edib. Oğlanlarla yanaşı, qızların da qatıldığı imtahanda idmançılar kata, kumite və kixen üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Kəmər imtahanı Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev tərəfindən aparılıb. İmtahan ərzində idmançılara bu növ üzrə məlumatlar verilib.
Yekunda, kəmər imtahanını uğurla başa vuran 35 idmançıya diplom və kəmərlər təqdim olunub.
Elvin Quliyev