Afrika Millətlər Kubokunun başlama vaxtı Ramazan ayına görə dəyişdirilib

A- A A+

Bu il Misirdə keçiriləcək futbol üzrə Afrika Millətlər Kubokunun başlama vaxtı Ramazan ayına görə dəyişdirilib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, turnir əvvəlcədən planlaşdırıldığı kimi iyunun 13-dən iyulun 15-dək deyil, iyunun 21-dən iyulun 19-dək təşkil olunacaq. Buna səbəb Şimali Afrikanın bəzi ölkələrinin futbolçuları mayın 5-dən iyunun 3-dək davam edəcək müsəlmanların müqəddəs Ramazan ayına görə vaxt istəmələri olub.

Misirdə keçiriləcək Afrika Millətlər Kuboku yarışları Qahirədə başlayacaq. Bu il keçiriləcək turnirdə 24 komanda iştirak edəcək. Daha əvvəllər isə bu çempionatda 16 komanda mübarizə aparıb.

Qeyd edək ki, 2017-ci ildə Qabonda keçirilmiş sonuncu çempionatda Kamerun millisi qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: