Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
NUHÇIXAN-ın məlumatına görə, "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid baryerə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.