Rivaldo Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsindəki oyununu tənqid edib

A- A A+

Braziliya millisinin sabiq hücumçusu Rivaldo Vitor Borba Ferreyra millinin DÇ-2026-nın seçmə mərhələsindəki çıxışını tənqid edib.

"Report" bu barədə AS idman qəzetinə istinadən xəbər verir.

"Braziliya yığması çox pis futbol oynayır. Milli komanda çox çətin və ağır günlər yaşayır. Bu, üzücüdür və insanları qəzəbləndirir. Braziliya yığmasından qat-qat geridə olan Paraqvaya uduzmaq məyusedicidir. Paraqvay ikinci qolu vuraraq Braziliyanı məğlub etdi. Onlar irəli getməlidirlər və indi yalnız Çili yığması haqqında düşünməlidirlər, çünki Çili ilə matçda məğlubiyyət vəziyyəti xeyli çətinləşdirəcək”, - Rivaldo bildirib.

Hazırda Braziliya millisi 10 xalla qrup mərhələsində 5-ci yerdədir. Komanda turnirin əsas mərhələsindən kənarlaşdırılma zonasından bir xalla ayrılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: