Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya yığmasının hücumçusu Neymar ilin sonuna kimi çempionatda oynaya bilməyəcək.
NUHÇIXAN "Marca"ya istinadən xəbər verir ki, klub braziliyalı oyunçunu heyətə daxil etməyib.
Səudiyyə Ərəbistanı Pro Liqası üçün növbəti qeydiyyat 2025-ci ilin yanvarında başlayacaq. 2023-cü ilin oktyabrında zədələnən Neymarın noyabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2023-cü ilin yayında PSJ-dən Səudiyyə Ərəbistanı klubuna transfer olunub.