UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ilk oyun günü başa çatıb

A- A A+

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ilk oyun gününə 6 qarşılaşma ilə yekun vurulub.

NUHÇIÇIXAN xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Liverpul” (İngiltərə) səfərdə “Milan”a, (İtaliya) “Bavariya” (Almaniya) doğma meydanda “Dinamo”ya (Zaqreb, Xorvatiya) qalib gəlib.

"Real" (Madrid, İspaniya) "Ştuttqart"dan (Almaniya) güclü olubsa, “Sportinq” (Portuqaliya) “Lill” (Fransa) üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1

“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3

“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3

“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1

“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: