İngiltərənin "Mançester Yunayted" klubunun sabiq hücumçusu Antoni Marsyalın Yunanıstan təmsilçisi AEK-ə keçidi rəsmiləşib.
NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı fransalı futbolçu bu gün Afinaya gələcək və müqaviləyə imza atacaq.
Hücumçu bu yay "Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz idi. O, “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 317 oyunda 90 qol vurub.
Qeyd edək ki, A.Marsyal karyerası ərzində "Monako", "Sevilya" və "Lion" klublarında da çıxış edib. O, Fransa yığmasının heyətində 30 oyunda meydana çıxıb, 2 qol vurub. Forvard "Mançester Yunayted"in heyətində iki dəfə İngiltərə Kubokunu, eyni sayda İngiltərə Liqa Kubokunu qazanıb.