UEFA İspaniyanın "Real" klubunu maliyyə pozuntularına görə cəzalandıra bilər.
NUHÇIXAN "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi dövlət vəsaitlərinin sui-istifadəsində ittiham olunur.
Bu barədə İspaniya Ali Məhkəməsinin fəxri hakimi Xose Antonio Palin bildirib.
"Real" dövlət pulu şəklində "dopinq" alır. Bu, parkinq, qeyri-futbol və idmanla əlaqəli fəaliyyətlərlə bağlıdır. Onların hətta UEFA ilə də problemləri ola bilər, - deyə Xose Antonio Palin vurğulayıb.
O, "Santyaqo Bernabeu" stadionundakı səs-küyü "ətraf mühitə qarşı cinayət" adlandırıb. Palin deyib ki, stadionun səs izolyasiyasını təmin etmək texniki cəhətdən mümkün deyil.