Çempionlar Liqasında Liqa mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Siyahıda dörd oyunçu yer alıb. Onlardan üçü Almaniya təmsilçilərinin üzvləridir.
Bunlar "Bavariya"dan Harri Keyn, "Bayer 04"dən (Leverkuzen) Florian Virts, "Borussiya"dan (Dortmund) Ceymi Bayno-Qittens və İspaniyanın "Atletiko" klubundan Antuan Qrizmanndır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.