Fevralın 2-3-də Portuqaliyanın Odivelas şəhərində kişi cüdoçular arasında açıq Avropa kuboku yarışları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, qitə turnirində Azərbaycanın 9 cüdoçusu - Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nurlan Osmanov (66 kq), Rüfət Məmmədov (73 kq), Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hər üçü 81 kq), Aslan Mirzəyev (90 kq), Süleyman Yaqubov (100 kq) mübarizə aparacaq.
Turnirdə 35 ölkədən 230-dan çox idmançı qüvvəsini sınayacaq.