“Avro-2020” futbol çempionatı biletlərinin satışına 2019-cu il iyunun 12-də start veriləcək

A- A A+

2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarına bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı fəaliyyətə başlayıb.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, biletlərin satışına 2019-cu il iyunun 12-də başlanılacaq.

Müraciətlərin qəbulunun müddəti 2019-cu il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq.

Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: