Azərbaycan Premyer Liqası: Bu gün VII tura yekun vurulacaq

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçiriləcək.

"Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun son qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası

VII tur

22 sentyabr

18:00. “Səbail” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"ASCO Arena"

20:30. “Sumqayıt” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: