İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən mövsümü başa vurub.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, o, La Liqanın VI turunda "Vilyarreal"a (5:1) qarşı keçirilən matçda sıradan çıxıb.
İlk hissənin sonlarında yerdə qalan almaniyalı əlcək sahibi meydanı xərəkdə tərk edib. 32 yaşlı qolkiper yaxın müddətdə əməliyyat olunacaq.
Qeyd edək ki, Mark-Andre ter Ştegenin 8 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.