İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.
NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoda tapşırılıb.
Ona Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kicas əyləşəcək.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.