Minsk 2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək.
NUHÇIXAN “BELTA”ya istinadla xəbər verir ki, yanvarın 29-da Belarus ilə Beynəlxalq Şahmat Federasiyası arasında müvafiq müqavilə imzalanıb.
Həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko və FIDE prezidenti Arkadi Dvorkoviç arasında görüş keçirilib. Tərəflər ölkədə şahmatın inkişafı, həmçinin yarışların hazırlanıb keçirilməsinin müxtəlif aspektlərini müzakirə ediblər. Arkadi Dvorkoviç, həmçinin, Belarusun 2020-ci ildə qadınlar, 2021-ci ildə kişilər arasında dünya çempionatına ev sahibliyi edəcəyini xatırladıb. Ümumdünya Şahmat Olimpiadası ilə yanaşı, Minskdə FIDE-nin Baş Assambleyasının və Konqresinin təşkili də planlaşdırılır.
Qeyd edək ki, yarışlar 2022-ci ilin avqust ayında Minskdə keçiriləcək və iki həftə davam edəcək. Bu nüfuzlu turnirdə 180 ölkədən təxminən 3 min oyunçunun qatılacağı gözlənilir.