“Qalatasaray” UEFA Avropa Liqasında mübarizəyə başlayır

A- A A+

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına start veriləcək.

NUHÇIXAN xəbər verir ki, yeni formatda keçirilən Liqa mərhələsinin ilk oyun günündə 9 qarşılaşma oynanılacaq.

Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən Türkiyə “Qalatasaray”ı doğma meydanda Yunanıstanın PAOK klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gecənin maraqla gözlənilən oyunlarından biri də İngiltərədə baş tutacaq. “Mançester Yunayted” Niderlandın “Tvente” komandasını sınağa çəkəcək.

Qeyd edək ki, Liqa mərhələsində ilk turun digər 9 görüşü sentyabrın 26-da keçiriləcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

I tur

20:45. “AZ Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç)

20:45. “Budo-Qlimt” (Norveç) - “Portu” (Portuqaliya)

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Tvente” (Niderland)

23:00. “Qalatasaray” (Türkiyə) - PAOK (Yunanıstan)

23:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Latsio” (İtaliya)

23:00. “Ludoqorets” (Bolqarıstan) - “Slaviya” (Praqa, Çexiya)

23:00. “Midtüllann” (Danimarka) - “Hoffenhaym” (Almaniya)

23:00. “Nitsa” (Fransa) - “Real Sosyedad” (İspaniya)

23:00. “Anderlext” (Belçika) - “Ferentsvaroş” (Macarıstan)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: