PSJ-nin sabiq futbolçusu Qətər klubuna keçir

A- A A+

Fransanın PSJ klubunun sabiq qapıçısı Serxio Riko karyerasını Qətərdə davam etdirəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 31 yaşlı qolkiper azad agent kimi "Əl-Qarafa" klubuna keçəcək. Tərəflər yaxın vaxtlarda müqavilə bağlayacaqlar.

Qeyd edək ki, ispaniyalı oyunçu 2023-cü ilin mayında atdan yıxılıb və ciddi kəllə-beyin travması alıb. O, bu səbəbdən bir neçə həftə komada qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: