İtaliya kubokunun dörddəbir final mərhələsinin görüşü keçirilib.
NUHÇIXAN xəbər verir ki, “San Siro” stadionunda baş tutan görüşdə son İtaliya kubokunun finalçısı olan “Milan” komandası “Napoli” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Milan” 2:0 hesabı ilə qələbə qazanıb. Onun heyətində yeni transfer, polşalı Kşiştof Piatek (11, 27) fərqlənib.
“Milan” növbəti mərhələdə - yanvarın 31-də “İnter” - “Latsio” görüşünün qalibi ilə qarşılaşacaq.
Yarımfinal oyunları isə aprelin 24-də keçiriləcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində “Fiorentino”-“Roma”, “Atalanta”-“Yuventus” və “İnter”-“Latsio” üz-üzə gələcəklər.