İngiltərə Premyer Liqası: “Mançester Siti” son 5 il ərzində ilk dəfə "Nyukasl"a məğlub olub

A- A A+

İngiltərə Premyer Liqasının 24-cü turunun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun gözlənilməz hesabı “St Jayms Park” stadionunda qeydə alınıb. Son çempion “Mançester Siti” 18-ci yerdə qərarlaşan “Nyukasl Yunayted” klubunun qonağı olub. “Şəhərli”lər hesabda 1:0 öndə olsalar da, meydan sahiblərinin vurduğu ardıcıl iki qolla Pep Qvardiolanın yetirmələri son 5 il ərzində ilk dəfə “Nyukasl Yunayted”ə məğlub olublar. Bu qələbədən sonra “Nyukasl Yunayted” xalların sayını 21-ə çatdıraraq 17-ci, “Mançester Siti” isə 56 xalla ikinci yerdə qalıb.

Növbəti turda “Mançester Siti” doğma meydanda “Arsenal”la, “Nyukasl Yunayted” isə səfərdə “Tottenhem”lə görüşəcək.

Turun digər maraq doğuran oyunu “Old Trafford” stadionunda baş tutub. “Mançester Yunayted” doğma azarkeşlər önündə “Börnli” komandasını qəbul edib. Olduqca dramatik keçən oyunda meydan sahibləri 2:0 hesabı ilə geridə olsalar da, oyunun sonuna üç dəqiqə qalmış məğlubiyyətdən qaça biliblər - 2:2.

Turun digər görüşlərində növbəti nəticələr qeydə alınıb:

“Arsenal” – “Kardiff Siti” - 2:1;

“Fulhem” – “Brayton” - 4:2;

“Haddersfild” – “Everton” - 0:1;

“Volverhempton” – “Vest Hem Yunayted” - 3:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: