Şərur və Sədərək rayonlarında idman yarışları təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Şərur Rayon Gənclər və İdman İdarəsi və YAP Şərur Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü” münasibətilə stolüstü tennis üzrə gənclər arasında birincilik keçirilib. Birincilikdə 20-yə yaxın gənc mübarizə aparıb. Yekun nəticəyə əsasən, Mətin Cəlilli qalib adını qazanıb. Elgün Səfərli ikinci, Sərxan Mehdiyev üçüncü olub. Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Sədərək rayon Şahmat məktəbində isə Sədərək və Kəngərli rayonlarının yeniyetmə şahmatçıları arasında yoldaşlıq görüşü olub. Bu görüşdə daha yaxşı nəticə göstərən Sədərək rayon Şahmat məktəbinin yetirməsi Gökhan Hüseynov birinci, Kəngərli rayon Şahmat məktəbinin yetirməsi Pərviz Rzayev ikinci, Sədərək rayon şahmat məktəbinin yetirməsi Hidayət Hüseynov isə üçüncü yeri tutublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: