Hazırda futzal üzrə Yüksək Liqanın turnir cədvəlinə başçılıq edən “Araz” heyətini gücləndirməkdə davam edir.
NUHÇIXAN xəbər verir ki, qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə, Elşən İbramxəlilov və Adəm Həbibovla yollarını ayıran son çempion İrandan dəvət olunmuş futzalçılarla güclənib. Mövsümün ilk iki dövrəsində yerli klublarda forma geyinmiş Ali Mikaili, Masud Nasirzadeh, Mehemmede Reza Rouhi və Sadiq Cavidlə anlaşan “Araz” İran çempionatında çıxış etmiş, hətta bu ölkənin milli komandasının yoldaşlıq oyunlarına cəlb edilmiş 2 futzalçını da transfer edib. Söhbət 24 yaşlı Memmedtaha Neymeti və 27 yaşlı Abulfez Hosseynidən gedir. Hücumçu olan Neymeti “Mogavimeti”, müdafiədə çıxış edən Hosseyni isə “Parsian Gods”da çıxış edib. Yeni oyunçularla mövsümün sona qədər müqavilə imzalanıb.