Məktəbli qızlar həndbol yarışında güclərini sınayıblar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında “2 fevral-Gənclər günü” münasibətilə həndbol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə Naxçıvan şəhəri 15№-li və Naxçıvan Qarnizonu tam orta məktəblərinin qız komandaları iştirak ediblər.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov gənclər günü ilə bağlı  idmançılara geniş məlumat verib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışıblar. Qeyd olunub ki, bugünkü görüşün keçirilməsində məqsəd qızları idmana cəlb etməkdir.

Maraqlı və gərgin keçən görüşdə 8:3 hesabı ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası qalib gəlib. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: