“Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib - FOTOLAR
“Estafet” Gənclərin İctimai Birliyi “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihəsinin icrasını davam etdirir.
NUHÇIXAN xəbər verir ki, layihə çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda seminar keçirilib.
İctimai Birliyin sədr müavini çıxış edərək bildirib ki, humanist məzmuna malik könüllülük fəaliyyətinin pedaqoji əsaslarının öyrənilməsi və bu fəaliyyətin pedaqoji mahiyyətinin gənclərə aşılanması layihənin əsas məqsədidir.
Sonra seminara start verilib. Seminar pedaqogika üzrə fəlsəfə doktoru Şəhla Süleymanovanın təqdimatında “Könüllülərin pedaqoji mədəniyyəti” mövzusunda baş tutub.
Seminarda qeyd olunub ki, könüllünün pedaqoji mədəniyyəti onun ümumi mədəniyyətinin bir hissəsi olduğundan, o ideoloji, aksioloji, yaradıcı və peşəkar kimi komponentlərdən ibarət mürəkkəb dinamik sistemdir. Könüllünün pedaqoji mədəniyyətinin yüksəldilməsi onun fəaliyyətinin keyfiyyətinin artırılması üçün önəmli rol oynayır.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı və Naxçıvan Müəllimlər İnstitutudur.