UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq

A- A A+

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.

Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. "Qarabağ" - "Malmö" (İsveç)

Baş hakim: Anastasios Papapetru.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzmuşdu. "Köhlən atlar" turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: