Dövlət qurumlarının əməkdaşları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan futzal turnirinin pley-off mərhələsi başlayır.
NUHÇIXAN xəbər verir ki, qrup mərhələsinin sonuncu görüşlərindən sonra 1/4 finala adlayan komandalar məlum olub.
Nazirlər Kabineti, Fövqəladə Hallar, Daxili İşlər, Maliyyə, Kənd Təsərrüfatı, Ədliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, eləcə də Dövlət Vergi Xidmətini təmsil edən komandalar növbəti mərhələyə adlayıblar.
Oktyabrın 5-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində 1/4 final oyunları reallaçacaq.