İngiltərə Premyer Liqası: “Liverpul” heç-heçə edib, “Çelsi” məğlubiyyətlə üzləşib

A- A A+

Yanvarın 30-da İngiltərə Premyer Liqasının 24-cü turunun növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun ən gözlənilməz hesabı “Vitality” stadionunda qeydə alınıb. Çempionatın favoritlərindən sayılan “Çelsi” səfərdə “Bornmut” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. “Bornmut”un heyətində Coşua Kinq (47, 74), David Bruks (63) və Çarli Daniels (90) fərqləniblər.

Çempionatın lideri “Liverpul” isə doğma meydanında “Lester Siti” komandasını qəbul edib. Mersisayd təmsilçisi görüşün 3-cü dəqiqəsində Sadio Manenin erkən qolu ilə hesabı açıb - 1:0. Buna baxmayaraq, qonaqlar fasiləyə qədər hesaba tarazlıq gətiriblər. Matçın 45-ci dəqiqəsində Hari Makuayer adını tabloya yazdırıb - 1:1. Fasilədən sonra hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

“Liverpul” ən yaxın izləyicisi, ötən gün səfərdə “Nyukasl”a 1:2 hesabı ilə məğlub olan “Mançester Siti”ni 5 xal qabaqlayır.

Digər oyunlarda “Tottenhem”" doğma meydanda “Vatford”u məğlub edib (2:1). “Kristal Palas" isə səfərdə “Southempton” klubu ilə 1:1 hesablı heç-heçə edib.

İyirmi dörd turdan sonra turnir cədvəlinə 61 xalla “Liverpul” klubu başçılıq edir. “Mançester Siti” 56 xalla ikinci, “Tottenhem” 54 xalla üçüncü yerdədir. Aktivlərində 47 xal olan “Arsenal” və “Çelsi” dördüncü və beşinci yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq, “Mançester Yunayted” (45), “Volverhempton” (35), “Everton” (33), “Vatford” (33), “Bornmut” (33) yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: