Sədərəkdə tennis birinciliyi keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Sədərək Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 1 nömrəli tam orta məktəbdə “2 fevral-Gənclər günü” münasibətilə stolüstü tennis birinciliyi keçirilib. Birincilik oğlanlar və qızlar arasında təşkil olunub. Yarışda 18 məktəbli iştirak edib. Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə təltif olunublar.