NUHÇIXAN xəbər verir ki, Şərur və Kəngərli rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə "2 fevral - Gənclər günü"nə həsr olunmuş kikboksinq üzrə yoldaşlıq görüşü keçirilib. 15 çəki dərəcəsində keçirilən yarışda 40-a yaxın yeniyetmə idmançı iştirak edib. Yekunda "Şərur" komandası 8:7 hesabı ilə qalib gəlib. Yarış iştirakçılarına təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.