AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb

A- A A+

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

NUHÇIXAN qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Valerenqa” (Norveç) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 9-da Norveçin Oslo şəhərində yerləşən “Valerenqa” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: