ABŞ millisi və “Los-Anceles Leykers”in məşhur basketbolçusu Lebron Ceyms növbəti dəfə ilkə imza atıb.
NUHÇIXAN xəbər verir ki, 40 yaşlı oyunçu oğlu Bronni Ceymslə eyni vaxtda matça çıxaraq NBA tarixinə düşüb.
Əlamətdar hadisə yeni mövsüm öncəsi “Finiks Sanz”la keçirilmiş yoldaşlıq görüşünə təsadüf edib. Ata və oğulun eyni anda parketdə olduğu qarşılaşma Los-Anceles təmsilçisinin 118:114 hesablı qələbəsi ilə başa çatıb.