Futbol klubları 2018-ci ildə transferlərə rekord həcmdə pul xərcləyiblər

A- A A+

FIFA 2018-ci ildə futbol klublarının transferlərə xərclədiyi məbləği açıqlayıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, klublar transferlərə ümumilikdə 7,03 milyard dollar xərcləyib. Bu, 2017-ci ildəki göstərici ilə müqayisədə 10 faiz çoxdur.

2018-ci ildə 16,533 beynəlxalq transfer reallaşıb ki, bu da əvvəlki ilə nisbətən 5,6 faiz artım deməkdir. Bu transferlərə 175 millətdən 14 min 186 oyunçu qatılıb.

Açıqlanan məbləğin yarıdan çoxunu 31 klub xərcləyib. Bütün bu xərclərin 78,2 faizi UEFA-ya üzv olan klubların payına düşüb.

Ötən il ən çox transfer olunan oyunçular braziliyalılar təşkil edib (1753). Bu göstəriciyə görə, ikinci yeri argentinalılar tutub (891). Üçüncü yerdə isə ingilislər (693) qərarlaşıblar. Ən çox pul yenə də, braziliyalılara xərclənib (1,154 milyard dollar).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: