İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Harri Maquayr zədə səbəbindən bir neçə həftə meydana çıxa bilməyəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.
Premyer Liqasının VII turunda "Astan Villa" ilə keçirilən matçda sol ayaq əzələsindən zədələnən 31 yaşlı oyunçu 1 aya yaxın futboldan uzaq qalacaq.
Qeyd edək ki, "Aston Villa" - "Mançester Yunayted" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.