İspaniya klubunun yeni baş məşqçisi bəlli olub

A- A A+

İspaniyanın "Las Palmas" klubunun yeni baş məşqçisi bəlli olub.

NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dieqo Martineslə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Martines bir gün əvvəl istefaya göndərilən Luis Karrionu əvəz edib. Onun son iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi "Olimpiakos" (Yunanıstan) olub. 43 yaşlı mütəxəssis buna qədər "Espanyol", "Qranada", "Osasuna" və digər klublarda çalışıb.

Qeyd edək ki, "Las Palmas" IX turdan sonra La Liqada 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: