Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanını "Əl-Nəsr" klubu ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
“Report” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində jurnalist Rudy Qaletti bildirib.
Mənbənin məlumatına görə, Ronaldu Portuqaliya millisinə qoşulmazdan əvvəl klubun baş direktoru, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun və ölkənin Turizm Nazirliyinin nümayəndələri ilə görüşüb. Qeyd olunur ki, görüş müsbət keçib və tərəflər razılaşmanın tezliklə əldə olunacağına əmindirlər.