İspaniya kuboku: “Real Madrid” “Jirona”nı məğlub edib

A- A A+

İspaniya kubokunun dörddəbir final mərhələsinin sonuncu görüşü keçirilib.

NUHÇIXAN xəbər verir ki, görüşdə "Jirona" "Real Madrid" klubunu qəbul edib. Bu komandaların arasında ilk görüş 4:2 hesabı ilə "kral" klubunun xeyrinə başa çatmışdı.

Cavab qarşılaşmasında da, inamlı oyun keçirən "Real Madrid" 3:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra Madrid təmsilçisi yarımfinal mərhələsinə vəsiqə qazanıb. Madridlilərin rəqibi püşkatmadan sonra məlum olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: