UEFA Avropa Liqası: “Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

A- A A+

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində “Budyo Qlimt” (Norveç) ilə səfər oyununun biletləri satışa çıxarılıb.

NUHÇIXAN Norveç klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən 300-550 İsveç kronu (49-89 manat) aralığında dəyişir.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: