Azərbaycanda cüdoçular üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək

A- A A+

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə oktyabrın 26-da kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.

ACF-dən NUHÇIXAN-a verilən məlumata görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: