İspaniyanın "Barselona" klubu bu il futbolçusu Lamin Yamal üçün 250 milyon avroluq təklifdən imtina edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta açıqlama verib.
"Altı ay əvvəl mənə Lamini 250 milyon avroya almaq təklifi ilə müraciət etdilər. Amma bu təklifi rədd etdim. O, dünyanın ən məşhur futbolçusudur", - deyə X.Laporta bildirib.
Deyilənə görə, L.Yamal üçün 250 milyon ödəməyə hazır olan klub PSJ-dir (Fransa).
Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi İspaniya yığmasının tərkibində AVR0-2024-ün qalibi olub.