“Qarabağ” – “Ayaks” oyununa 1 gündə 20 minə yaxın bilet satılıb

A- A A+

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Klubdan NUHÇIXAN-a verilən məlumata görə, artıq matça 18 500 bilet satılıb.

Ötən gün satışa çıxarılmış biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: