Cüdo üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U-15 və U18 yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF) və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa şəhər və rayonlardan ümumilikdə 70-dən çox idmançı qatılıb.

Yarışın açılış mərasimində Ümumilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə heyata keçirilən dövlət idman siyasətinin bəhrələrindən bəhs edib, son dövrlər yüksək dinamika ilə inkişaf edən cüdonun muxtar respublikada da populyar idman növləri sırasında olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan cüdoçuların son bir ildə ölkə və beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər bu sahədə atılan addımların məntiqli nəticəsidir. 

 

ACF-nin baş katibinin müavini Kamran Talıbov sentyabr və oktyabr aylarında regionlar üzrə 15 və 18 yaşadək cüdoçular arasında keçirilən yarışlardan biri kimi muxtar respublika birinciliyinin ümumi məqsəd və hədəflər baxımından uğurlu keçəcəyinə inamını ifadə edib, bir gün öncəki kəmər imtahanı ilə bərabər turniri cüdoçuların inkişafına töhfə kimi dəyərləndirib.

Açılış mərasiminin ardınca yarışa start verilib. Qız və oğlan idmançılar arasında iki yaş kateqoriyası və müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.

Nazir müavini Məcid Seyidovun iştirakı ilə keçirilən mükafatlandırma mərasimində ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: