"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 25-ci qələbəsini əldə edib

A- A A+

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib

Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.

Naxçıvan klubunun ilk qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: