17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

A- A A+

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb.

NUHÇIXAN-ın məlumatına görə, 17 yaşlı cinah oyunçusu buna A Seriyasında "Yuventude"yə 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Villian sözügedən qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb.

O, Braziliya çempionatında 10 qol və 8 assistlə yadda qalıb. Beləliklə, futbolçu 18 yaşadək oyunçular arasında yeni rekord müəyyənləşdirib.

Neymar 2009-cu ildə "Santos"un heyətində 16 qolun vurulmasında yaxından iştirak etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: