İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə məşhur "Goal" portalı öz versiyasını təqdim edib.
2000-ci ildən bəri Paris təmsilçisinin ən yaxşı 25 futbolçusunun adının daxil edildiyi siyahıya məhz Mbappe başçılıq edir.
Reytinqdə ikinci yer hücumçu Zlatan İbrahimoviçə verilib. İlk "üçlüy"ü isə braziliyalı Neymar qapayır. PSJ-nin və Braziliya millisinin digər sabiq futbolçusu Ronaldinyo 19-cu, argentinalı Lionel Messi isə 23-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, K.Mbappe 2024-cü ilin yayında azad agent kimi PSJ-dən "Real"a transfer olunub. 25 yaşlı futbolçu 2024/2025 mövsümündə "Kral klubu"nun heyətində bütün turnirlərdə meydana çıxdığı 12 oyunda 8 qola və 1 məhsuldar ötürməyə imza atıb.