“Ayaks” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

A- A A+

Niderland millisinin və “Ayaks”ın futbolçusu Stiven Berqeys UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçiriləcək III tur matçını buraxacaq.

NUHÇIXAN xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşdə forma geyinməyəcək. Onun oktyabrın 27-də Niderland çempionatında “Villem II” klubu ilə ev qarşılaşmasında meydana çıxacağı ehtimal olunur.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 20:45-də start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: